Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:27

İşsizlik və dini inanc


Amerikada keçirilən sorğu insanların Allaha inanması və maddi vəziyyəti arasında əlaqəni müəyyənləşdirib



Amerikanlar ölkənin iqtisadi çətinlikləri, işsizlik probleminin həllində dinin ciddi rol oynadığını hesab edirlər. Karolinada yerləşən Beylor Universitetinin əməkdaşları geniş araşdırmanın sonunda bu nəticəyə gəliblər.

Araşdırma zamanı 1714 nəfər arasında sorğu keçirilib. Onların 41 faizi Allahın məhz onlarla bağlı konkret planı olduğuna “həddən artıq çox” inandıqlarını söyləyiblər. 32,2 faiz bu ideya ilə sadəcə razılaşdıqlarını bildiriblər.

Bu sorğu həmçinin insanların dini baxışları və maddi gəlirləri arasında olan nisbəti ortaya çıxarıb. Allahın planlarına çox inananlar bu fikirlə razılaşmayanlardan fərqli olaraq ildə 100 min dollardan çox qazanırlar.

Araşdırmanın nəticələrin həmçinin amerikanların dini inancı və təhsil səviyyəsi arasındakı əlaqə olduğunu da göstərib. Belə ki, inancı olmayanların 42,6 faizi, Allahın planına inananların yalnız 32,8 faizi bakalavr dərəcəsinə malik olub.

Digər tərəfdən, Tanrının əməllərinə inananlar hesab ediblər ki, sağam adamlar işsizlik üçün müavinət almalı deyillər. Sorğu iştirakçılarının bir qismi qeyd edib ki, yalnız Allaha inananlar maddi cəhətdən firavanlıq bəxş olunacaq.

Beylor Universitetinin bu araşdırmasının nəticələri qızğın müzakirələrə səbəb olub. Çünki bəzilərinin iddiasına görə, bu araşdırma onu sübut edir ki, yerli siyasətçilər iqtisadi problemlərlə bağlı çıxışlarında dinin böyük rol oynadığına diqqət yetirməlidirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG