Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:11

Çində sel nəticəsində ölənlərin sayı 90-a çatıb


Çində şiddətli yağışın yaratdığı sel nəticəsində ölənlərin sayı 90-a çatıb, 20-dən çox adam haqqında heç bir xəbər yoxdur.

Sel bir aydır ki davam edir. Rəsmi məlumata görə, təbii fəlakət nəticəsində bir neçə əyalətin sakinləri öz evlərini tərk etməli olublar.

Ekspertlərin dediyinə görə, davamlı leysan nəticəsində 40-dan çox çay öz məcrasından çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG