Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:57

Hidayət Orucov: «Dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən qruplar var»


Hidayət Orucov

Hidayət Orucov

«Azərbaycan xalqı bütün təhdid və təzyiqlərə baxmayaraq, müstəqil dövlət qurmaq və onu qorumaq əzmini sübut edib».

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov deyib.

O, əmin edib ki, dövlət vətəndaşlara əqiqə seçiminə hörmətlə yanaşmaqla bərabər, dini ekstremizm, dözümsüzlük ideyalarının təbliğinin qarşısını qətiyyətlə alıb və bundan sonra da alacaq.

H. Orucov təəssüflə bildirib ki, Azərbaycanda fəaliyyət göstərən konfessiyalarda milli-mənəvi dəyərlərə hörmətlə yanaşmayan, dinlər və məzhəblər arasında qarşıdurma yaratmaq istəyən qruplar da mövcuddur:

«Dinlərin və etnik qrupların birgəyaşayış sahəsində böyük tarixi təcrübəsi olan Azərbaycan xalqını belə kiçik təxribatçı qrupların öz yolundan döndərməsi, əsrlərlə formalaşmış ənənələrini zədələməsi qeyri-mümkündür. Amma yenə də təxribatçı qrupların, qanunçuluğu pozan dini qurumların dövlətçiliyimizə və milli maraqlarımıza zidd fəaliyyətini tamamilə zərərsizləşdirmək qarşımızda duran mühüm vəzifələrdən biri, bəlkə də birincisidir». /apa/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG