Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:35

Yəməndə yenidən toqquşma olub, azı 16 nəfər ölüb


Yəmənin paytaxtı Sanada dünən prezident Ali Abdulla Salehin tərəfdarları ilə müxalifət arasında baş vermiş toqquşma nəticəsində azı 16 nəfər ölüb, 50-dən çoxu yaralanıb.

Məlumata görə, hökumətdən olan qüvvələr bundan öncəki toqquşmada ölənlərin dəfn mərasimində iştirak edənlərə atəş açıblar, müxalifətin tərəfinə keçən diviziya qərargahına hücum ediblər.

Sentyabrın 20-də 80-ə yaxın adamın ölümü ilə nəticələnmiş 3 günlük atışmadan sonra tərəflər arasında atəşkəs elan edilmişdi. Amma müxalifətçilər prezidentin istefasını tələb etməkdə davam edirlər.

Ali Abdulla Saleh 33 ildir ki hakimiyyətdədir və istefa vermək niyyətində deyil.

Dünən Beynəlxalq Qırmızı Xaç Təşkilatı Yəməndə “misilsiz zorakılıqla” bağlı öz narahatlığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG