Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:38

Maxaçkalada iki partlayış nəticəsində 1 nəfər ölüb, 61-i yaralanıb


Dağıstanın paytaxtı Maxaçkalada iki partlayış nəticəsində bir polis əməkdaşı ölüb. Hüquq müdafiə təşkilatlarının 44 əməkdaşı və 16 nəfər vətəndaş yaralanıb.

«RİA Novosti»nin Dağıstanın Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, ilkin partlayış gecə yarısından keçəndən sonra baş verib. Bu zaman heç kim xəsarət almayıb.

Bir neçə dəqiqə sonra hadisə yerinə polislər gələndə partlayıcı qurğu quraşdırılmış avtomobil partlayıb. Post patrul xidmətinin inspektoru ölüb, 61 nəfər yaralanıb.

Bu gün Dağıstanda həm də Daxili İşlər Nazirliyinin bir zabitinə qarşı basqın olub. Onun maşını pulemyot və avtomatla atəşə tutulub. Zabit xəsarət almayıb, amma onu müşayiət edən iki nəfər ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG