Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:43
«Azərbaycan» qəzetindəki «DAĞLIQ QARABAĞ SEPARATÇILARI NÖVBƏTİ DƏFƏ BİABIRÇI DURUMA DÜŞDÜLƏR» başlıqlı yazıda Dağlıq Qarabağda keçirilən bələdiyyə seçkilərindən söz açılır:

«Sülh danışıqlarının intensivləşdiyi, Dağlıq Qarabağ probleminin həllinə maraq göstərən təşkilatların nikbin bəyanatlarının çoxaldığı bir vaxtda qondarma respublikada keçirilən seçkilər göstərir ki, rəsmi Yerevan problemin masa ətrafında çözülməsində qətiyyən maraqlı deyil…».

«Zerkalo» qəzetinin «SKROMNIY PARAD....» manşet yazısında sentyabrın 21-də Ermənistanda keçirilən hərbi paraddan bəhs olunur:

«Ermənilərin bəyanatlarına baxmayaraq, «Smerç» raket sistemi paradda nümayiş olunmadı. Mobil qoşun bölmələri Azərbaycan ordusunda olduğu kimi, zirehli tırtıllı avtomobillərdən deyil, gücləndirilmiş «pikap»lardan təşkil olunub. Ermənistanın hərbi texnikasının və hərbi sistemini təhlil edən «Reqnum» agentliyi də belə qənaətə gəlir ki, Azərbaycanın ötən yay keçirdiyi hərbi parad daha yaxşı təsir bağışlayırdı…».

«Azadlıq» qəzetindəki «BADAMDARDA ÜSYAN» manşet yazısında qeyd olunur ki, sentyabrın 21-i axşam saatlarında 300-ə yaxın adam kafelərə hücum çəkib:

«Adıçəkilən kafelər bir ildən çox fahişəxana kimi fəaliyyət göstərirmiş. Axşam saat 10-dan səhərə kimi bu kafelərdə yüngül həyat tərzi keçirən qadınlarla kişilərin səs-küyü və dava-dalaşı ətrafda yaşayanlarda narahatlıq yaradıb. Bu barədə dəfələrlə kafe sahiblərinə şikayət olunsa da, onlar şikayətləri qulaqardına vurublar. Sakinlər deyir ki, obyekt sahiblərinin bu cür arxayınlığına səbəb onların polis himayəçilərinin olmasıdır…».

Hadisə yerinə gələn Səbail rayon 8-ci polis bölməsinin rəisi Yaşar Həsənov bildirib ki, adamların tələbi həmin kafelərin bağlanmasıdır və onların bu tələbi yerinə yetiriləcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG