Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:33

Barak Obama Mahmud Abbası xəbərdar edib ki...


ABŞ prezidenti Barak Obama Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbası xəbərdar edib ki, Birləşmiş Ştatlar BMT-nin Fələstinin müstəqilliyinin tanınması ilə bağlı qəbul etdiyi istənilən qərara veto qoyacaq. Obama ilə Mahmud Abbasın görüşü Nyu Yorkda baş tutub.

Bundan öncə BMT-nin Baş Assambleyasının sessiyasında çıxışında Omaba deyib ki, yalnız İsraillə Fələstin arasında birbaşa danışıqlar Fələstin dövlətinin yaranmasına gətirib çıxara bilər.

Barak Obama həm də İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşüb və onu əmin edib ki, Vaşinqton tərəfindən dəstəklənirlər. İsrail Fələstinin müstəqilliklə bağlı təşəbbüsünə tamamilə qarşıdır.

Mahmud Abbas BMT-nin Baş Assambleyasının sessiyasında beşinci günə nəzərdə tutulan çıxışında Fələstinin müstəqilliyinin tanınması ilə bağlı müraciət etmək niyyətindədir.
XS
SM
MD
LG