Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

Maxaçkalada iki partlayış olub, ölən var


Maxaçkalada törədilən iki partlayış nəticəsində xəsarət alanların sayı 60-a çatıb. İTAR-TASS agentliyinin məlumatına görə, hadisə nəticəsində polis polkovnik-leytenantı ölüb.

İlk partlayış Maxaçkala mərkəzindən bir qədər aralı gecə yarısından keçəndən sonra baş verib. İkinci partlayış da bir neçə saat sonra həmin rayonda olub.

Polisin təxminlərinə görə, hər iki partlayış ərazidə dayandırılmış avtomobillərə quraşdırılmış partlayıcı qurğu ilə törədilib.

Hadisə nəticəsində xəsarət alanların böyük əksəriyyəti polis əməkdaşlarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG