Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:41

Yəmənin paytaxtı Sanada yenidən toqquşma olub


Yəmənin paytaxtı Sanada yenidən prezident Ali Abdulla Salehin tərəfdarlarıyla müxalifətçilər arasında toqquşma olub.

Barışıq əldə olunmasına baxmayaraq müxalifətçilər prezidentin istefasını tələb edirlər.

80-nə yaxın adamın ölümüylə nəticələnən 3 günlük atışmadan sonra, atəşkəs elan edilib.

Bu gün ölnələrin dəfn mərasimində yüzlərlə adam iştirak edib.

Bu ilin fevralından Yəməndə prezident Ali Abdullah Salehin istefası tələbilə kütləvi nümayişlər keçirilir.

O 33 ildir ki, hakimiyyətdədir və istefa vermək fikrində deyil.
XS
SM
MD
LG