Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:03

Azərbaycan ordusunun əsgəri həlak olub


Bu barədə AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə,«N» saylı hərbi hissəsinin əsgəri Rəsul İslam oğlu Yusifov təhlükəsizlik qaydalarının pozulması nəticəsində açılan atəşdən həlak olub. Hadisə sentyabrın 21-də səhər saatlarında Beyləqanda yerləşən «N» saylı hərbi hissədə qeydə alınıb.

18 yaşlı Rəsul Yusifov 2011-ci ilin aprel ayında Oğuz rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG