Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:30

Öz “dərgahına” gələnləri “cənnət bəxş etmək” vədi ilə aldadaraq cinsi əlaqəyə girən Uğur Korunmaza 341 il 6 aylıq həbs cəzası istənilir

Bursada özünü təriqət şeyxi adlandıran 47 yaşlı Uğur Korunmazın məhkəməsi başlayıb. O, öz “dərgahına” gələnləri “cənnət bəxş etmək” vədi ilə aldadaraq onlarla cinsi əlaqəyə girib.

Korunmaz isə bunu qadınların istəyi ilə həyata keçirdiyini deyib:

“Müridlərim arabir məndən cinsi əlaqəyə girməyi istəyirdilər. Mən bunu sırf onların istəyi ilə gerçəkləşdirmişəm. Müridlərimin bu cür istəklərini rədd edə bilməzdim”.

MÜRŞİD UŞAQ VƏ HEYVAN PORNOSUNA MEYLLİ İMİŞ

2 uşaq atası olan Uğur Korunmaz “uşaq və heyvan pornosuna aid CD-ləri saxlamaq” iddiasını qəbul etməyib. O, yeni bir təriqətin mürşidi olduğunu, yanına gələnlərin istəyi ilə onlarla “Badələnmə” adını verdiyi oral sekslə məşğul olduğunu deyib.

Mürşid sayan Korunmaz bildirib ki, vaxtilə özü də bu təriqətin yaradıcısı tərəfindən badələnib. Onun ölümündən sonra isə özü dərgah başına keçib. .

Prosesə qatılan 17 nəfərdən yalnız 3-ü bu şəxsdən şikayət edib. Yerdə qalanları bildiriblər ki, badələnmənin köməyilə müxtəlif xəstəliklərdən, hətta iflicdən də xilas olublar.

“BADƏLƏNMƏNİN NƏ OLDUĞUNU BİLƏNDƏ, ÜRƏYİM BULANDI”

Məhkəmədə iddiaçı qismində çıxış edən qadın deyib ki, ərinin dostlarından birinin vasitəsilə Korunmazla tanış olub. O, həyat yoldaşımın israrlarına rəğmən dərgaha getməyə razı olub. Bir ildən sonra isə mürşid trəfindən təcavüzə məruz qalıb:

“Məni Sirr otağına apardı və “badələnməyə” ehtiyacım olduğunu dedi. Badələnməyin nə olduğunu anladanda, ürəyim bulandı. Sonra stəkandakı suya nəsə oxuyub üfürdü və içmək üçün mənə verdi. Bundan sonra özümə nəzarət edə bilməz hala düşdüm. Və onun istədiklərini etdim”.

KİŞİLƏR ANA-BACILARINI DA MÜRŞİDİN YANINA SALIBLAR

Qadın həm badələnib, həm də adi cinsi əlaqədə olandan sonra evə gəlib və baş verənləri ərinə danışıb. Onlar aldandıqların qərara alıb məhkəməyə müraciət ediblər.

Korunmazın “dərgahına” gələnlər arasında arvadını, bacısını, hətta anasını da badələnməyə gətirənləri olub. Təriqət liderini hətta kişilərlə də cinsi əlaqədə olmaqda ittiham edirlər.

Uğur Korunmaza qarşı “ibadət yerində cinsi təcavüz’, “təriqət qurmaq və başında dayanmaq” kimi ittihamlar irəli sürülüb və ona ümumilikdə 341 il 6 ay həbs cəzası istənilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG