Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:34

İranda həbsdə olan 2 ABŞ vətəndaşı azad edilir


İranda həbsdə olan 2 ABŞ vətəndaşının bu gün azad ediləcəkləri gözlənilir.

Bu barədə onların vəkili Masoud Shafie məlumat verib.

Vəkilin sözlərinə görə onlar İsveçrə səfirliyinə verilə bilərlər.

28 yaşlı Şeyn Bauerlə (Shane Bauer) 29 yaşlı Coş Fettal (Josh Fattal) casusluq və sərhəddi qanunsuz keçmək ittihamıyla İranda 8 il həbs cəzasına məhkum olunmuşdular.

Onlarla birlıikdə saxlanan Sara Şurd ( Sarah Sjourd) isə ötən ilin sentyabrında 500 min dollar girov müqabilində azad edilib.

Onlar 2009-cu ildə səhvən İraqdan İrana keçərkən saxlanmışdılar.
XS
SM
MD
LG