Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:25

Göygöl ətrafında daha 40 hektar sahədə ağac əkiləcək


Göygöl ətrafı meşələrdə 70 hektar ərazidə meşə bərpası işi aparılacaq.

Bu barədə Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktor müavini Aslan Vəliyev məlumat verib.

Bu ilin yazında ərazidə 30 hektar sahədə ağac (palıd, cökə fıstıq, şabalıd, qoz) əkilib. Yaxın aylarda daha 40 hektar sahədə ağaclar əkiləcək.

Meşələrdə ağacların qanunsuz kəsilməsi ilə bağlı ötən 8 ayda 14 fakt aşkar edilib və vətəndaşlar 9 min manat cərimə olunublar. 9 vətəndaşın işi məhkəməyə göndərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG