Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:10

2 aprelçilərin məhkəməsi şahid ifadələri ilə davam edib


Sentyabrın 21-də Səbail rayon Məhkəməsində Arif Hacılı, Fuad Qəhrəmanlı, Məhəmməd Məcidli Tural Abbaslının işi üzrə növbəti proses keçirilib.

Məhkəmədə şahid qismində ifadə verən polis əməkdaşı zədə aldığından hadisəni xatırlamadığını bildirib.

Daha sonra zərərçəkmiş qismində «BankStandart»ın nümayəndəsi ifadə verib. O bildirib ki, onlara 600-700 manat həcmində ziyan dəyib. Lakin ittiham olunanlardan heç birini hadisə yerində görməyib. Arif Hacılı ona iddiasını geri götürməyi təklif edib.

Məhkəmədə Fuad Qəhrəmanlı və Arif Hacılının müxtəlif verilişlərdə videoçıxışları izlənilib.

Məhkəmənin növbəti iclası sentyabrın 23-ə təyin olunub.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar.

İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG