Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:37

Azərbaycan Suriya, Bolqarıstan və Yunanıstana qaz ixrac etmək niyyətindədir


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycan yaxın perspektivdə qonşu dövlətlərə təbii qaz ixracını artırmaq niyyətindədir.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, Rusiya, İran və Gürcüstana qaz ixracı sahəsində müəyyən dəyişikliklər planlaşdırılır:

«İndi konkret deyə bilmərəm, lakin hər üç ölkə qazın artırılmasında maraqlıdır. Müəyyən qədər artım olacaq, lakin əhəmiyyətli dərəcədə deyil».

AZƏRBAYCAN SURİYA, BOLQARISTAN VƏ YUNANISTANA QAZ İXRAC ETMƏK NİYYƏTİNDƏDİR

Azərbaycan yaxın perspektivdə Suriya, Bolqarıstan və Yunanıstana əlavə qaz ixrac etmək niyyətindədir.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev həmçinin qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında qaz tranziti üzrə müqavilə imzalandıqdan sonra az həcmdə qaz 2017-ci ilədək başqa bazarlara da yönəldiləcək:

«Tranzit müqaviləsi olmadığı üçün hazırda heç bir şey deyə bilmərəm. Söhbət 2 mlrd. kubmetr qazdan gedir. Bu, ARDNŞ və konsorsiumun qazı olacaq. Bu qazı 2017-ci ilədək yerləşdirmək niyyətindəyik».

ARDNŞ başçısı bildirib ki, bu qazın ixracı mövcud infrastruktur vasitəsilə həyata keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG