Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:23

Liviyanın yeni hökuməti yaxın 10 gündə elan olunacaq


Liviyanın Milli Keçid Şurasının rəhbərliyi ümid etdiyini bildirib ki, ölkədə yeni hakimiyyət yaxın 10 gündə tam şəkildə təşkil olunacaq. Nyu Yorkda çıxışında Milli Keçid Şurasının baş naziri Mahmud Jibril deyib ki, rəhbərliyin təkcə Tripolidə yerləşəcəyi və ya bəzi idarələrin ölkənin şərqində olub-olmayacağı hələ ki dəqiq məlum deyil.

Bundan əvvəl gözlənilirdi ki, hökumətin yeni heyəti bu bazar günü elan olunacaq.

Liviyanın bir neçə şəhərində Muammar Qaddafi tərəfdarları hələ də Milli Keşid Şurasının döyüşçülərinə qarşı müqavimət göstərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG