Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:15

Azərbaycan aclığın ən aşağı səviyyədə olduğu ölkələrdəndir


Foto: Arxiv
Foto: Arxiv
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanı aclığın ən aşağı səviyyədə - 5%-dən aşağı olduğu ölkələrin siyahısına daxil edib.

Bu qərar yetərincə qidalanma barədə mövcud olan ən son məlumatlara əsasən (2005-2007) qəbul edilib.

FAO-nun açıqlamasında bildirilir ki, qlobal iqtisadi böhran Azərbaycana az təsir edib. Belə ki, 2009-cu ildə ölkədə ÜDM-in real artımı 9% olub, 2010-cu ildə isə ÜDM 5% artıb.

«İqtisadi artım son 10 ildə yoxsulluğun səviyyəsinin xeyli - 2001-ci ildəki 49%-dən 2009-cu ildə 11%-ə, 2010-cu ildə isə 9%-dək azalması ilə nəticələnib. Lakin ərzaq qiymətlərinin davamlı artımı əhalinin ən kasıb 20%-ə daha çox təsir edir. Onlar xərclərinin böyük hissəsini (60%-i) ərzaqlara sərf edirlər», - deyə FAO qeyd edib. /apa/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG