Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:30

Beynəlxalq təşkilatlar və bəzi aparıcı dövlətlər Qarabağ probleminə ciddi yanaşmırlar


Beynəlxalq təşkilatlar və bəzi aparıcı dövlətlər Azərbaycanın Qarabağ probleminə ciddi yanaşmırlar.

Bu bəyanatı Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Ərzaq təhlükəsizliyinin monitorinqi sisteminin təqdimatı və tətbiqi” mövzusunda Bakıda keçirilən seminarda çıxış edərkən səsləndirib. Məlumatı APA yayıb.

Əli Həsənov dünyada bəzi ölkələrə qarşı ikili standartların və ədalətsiz siyasətin yürüdüldüyünü bildirib:

«Buna əyani misal Fələstin münaqişəsi, eləcə də hazırda ərəb ölkələrində baş verənlərdir».

Baş nazirin müavini beynəlxalq qurumların və bəzi aparıcı dövlətlərin Azərbaycanla bağlı siyasətlərini kəskin tənqid edib. Bildirib ki, onlar Dağlıq Qarabağ münaqişəsini guya həll etmək istəyir, Azərbaycana hüquq dərsi keçməyə çalışırlar. Halbuki BMT, Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatların Qarabağ problemi ilə bağlı qərarları indiyədək yerinə yetirilməyib. Bu, təəssüfləndirici haldır.

Əli Həsənov qeyd edib ki, belə bir vəziyyətdə ölkənin əsas problemlərinin, o cümlədən ərzaq təhlükəsizliyinin həllində Azərbaycan yalnız öz gücünə arxalanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG