Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:58

Dünya liderləri keçmiş əfqan prezidentinin qətlini pisləyib


Dünya liderləri Kabildə Əfqanıstanın keçmiş prezidenti Burhanuddin Rabbaninin öldürülməsini pisləyiblər.

Əfqanıstanın Ali Sülh Şurasının sədri olan Rabbani dünən paytaxtdakı öz evində bomba hücumu nəticəsində öldürülüb.

Hadisəyə görə məsuliyyəti Taliban öz üzərinə götürüb.

Rabbani etnik tacik idi. 70 yaşında idi. 1992-1996-cı illərdə ölkə prezidenti olub.

Əfqan prezidenti Hamid Karzainin keçmiş məsləhətçisi Masoom Stanekzai də hadisə zamanı ciddi xəsarət alıb.

Prezident Hamid Karzai Nyu Yorkda səfərini yarımçıq qoyaraq geri qayıdıb. Gözlənilir ki, bu gün ölkə rəsmilərinin fövqəladə iclası keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG