Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:54

Suriya rejimi üzərində təzyiq artırılır


ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Recep Tayyip Erdogan razılığa gəliblər ki, Suriya rejimi üzərində təzyiqi artırsınlar ki, rejim əleyhinə çıxanlara qarşı zorakılığa son qoyulsun. Məlumatı Ağ Evin rəsmiləri yayıb.

ABŞ və Türkiyə liderləri Suriya ilə bağlı müzakirələri Nyu Yorkda BMT-nin Baş Assambleyasından kənar aparıblar. Birləşmiş Ştatlar bundan əvvəl də Suriya prezidenti Bashar al-Assadi hakimiyyətdən getməyə çağırıb. Türkiyə hökuməti isə başda Erdogan olmaqla Suriyada rejimin etirazçıları öldürməsini pisləyiblər. BMT rəsmilərinin məlumatına görə, Suriyada mart ayından başlayan etiraz aksiyalarında təxminən 2700 Bashar al-Assad əleyhdarı öldürülüb. Ölənlərdən 100-ü azyaşlılardır. Nyu Yorkda dünən – sentyabrın 20-də Suriyanın qonşusu İraqın xarici işlər naziri deyib ki, Suriyada rejimin devriləcəyi qaçılmazdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG