Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:14

Vəkil Xalid Bağırov Vəkillər Kollegiyasını məhkəməyə verib


Vəkil Xalid Bağırov

Vəkil Xalid Bağırov

Xalid Bağırov AzadlıqRadiosuna bildirib ki, sentyabrın 20-də iddia ərizəsini Nəsimi Rayon Məhkəməsinə təqdim edib.

«Vəkillər Kollegiyası 1 il müddətinə mənim vəkillik fəaliyyətimin dayandırılması ilə bağlı qərarını «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanunun 3 maddəsinə əsaslanaraq verib. Mən isə bu qərarla nəyə görə razılaşmadığımı hər bir maddə üzrə əsaslandıraraq məhkəməyə müraciət etmişəm. Həmin qərarla razılaşmamağımın digər səbəbi isə bu qurumun rəyasət heyətinin fəaliyyət müddətinin bitməsidir. Vəkillər Kollegiyasının reyasət heyəti bu qərarı qəbul etməyə legitim olmayan orqandır. Çünki Vəkillər Kollegiyası rəyasət heyətinin bütün üzvlərinin 5 illik səlahiyyət müddəti 2009-cu ildə bitib. Onların belə bir qərar qəbul etməyə haqları yoxdur».

Avqustun 24-də Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının üzvü, 6 saylı hüquq məsləhətxanasının vəkili Xalıd Bağırov 1 il müdətinə vəkillik fəaliyyətindən uzaqlaşdırılıb.

Kollegiya bu qərarı verərkən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun şikayətinə əsaslanıb. General R.Abbasov vəkil X.Bağırovu «Bizim Yol» qəzetinə verdiyi açıqlamada polisin adına ləkə gətirən məlumatlar yaymaqda ittiham edib.

X.Bağırov adıçəkilən açıqlamada bir müddət öncə polis bölməsində dünyasını dəyişən Elvin Əsgərovun yıxılaraq deyil, polislər tərəfindən döyülərək öldürüldüyünü bildirmişdi.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi eyni zamanda Yasamal rayon Məhkəməsində də X.Bağırova qarşı xüsusi ittiham qaydasında iddia qaldırsa da, məhkəmə iddianı rədd etmişdi.

Bundan əvvəl də vəkil Osman KazımovElçin Namazov da Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG