Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:28

«Ətin qiymətini süni şəkildə artıranlar cinayət məsuliyyətinə cəlb olunmalıdır»


Arxiv foto

Arxiv foto

Bu fikirləri Kənd təsərrüfatı naziri İsmət Abbasov sentyabrın 20-də ətin qiymətinin bahalaşma səbəbləri ilə bağlı jurnalistlərin suallarına cavabında deyib.

Nazir hazırda Azərbaycanda ətin qiymətinin artırılması üçün heç bir əsas olmadığını bildirib.

İsmət Abbasov 2011-ci ilin 8 ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsalında 9,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalında da 4,2 faiz artım olduğunu deyib:

«Belə olan halda qiymət artımı heç cür ola bilməz. Bu süni qiymət artımıdır»-deyə nazir bildirib.

Təxminən ay yarım əvvəl bazarda 1 kiloqramı 6 manata olan sümüklü mal ətinin qiyməti indi 8 manat 50 qəpiyə, 1 kq qoyun ətinin qiyməti isə 7 manatdan 9 manata qalxıb.

Bu ilin əvvəlində 1 ədəd yumurtanın qiyməti 25-30 qəpiyə qalxmışdı. Prezident İlham Əliyev martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə yumurtanın qiymətinin suni şəkildə bahalaşdırıldığını deyib.

Prezident bu bahalaşmanı «kartel sövdələşməsi» nəticəsində baş verən bahalaşma adlandırıb. Bundan sonra bütün ticarət obyektlərində yumurtanın qiyməti 10-11 qəpiyə endirilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG