Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:30

Avropa Məhkəməsi: "Yukos" şirkətinə qarşı iş siyasi motivli olmayıb


Mixail Xodorkovski (sağda)
Mixail Xodorkovski (sağda)
Avropa İnsan Haqları Məhkəməsi sentyabrın 20-də “Yukos işi” ilə bağlı qərar çıxarıb.

Qərarda Rusiya hökumətinin “Yukos” neft şirkətinin ləğvi prosedurlarında pozuntulara yol verdiyi bildirilir.

Amma Fransanın Strasburq şəhərində yerləşən məhkəmənin qərarına görə, 2006-cı ildə “Yukos”un ləğvinə aparıb çıxarmış vergidən yayınma, fırıldaqçılıq və s. ittihamlar nə saxtadır, nə də siyasi motivlidir.

“Yukos” vaxtilə Rusiyanın böyük neft şirkətlərindən idi, amma sahibi Mixail Xodorkovski 5 ildən çoxdur ki, həbsdədir.

Xodorkovski bunu siyasi səbəblərlə izah edir. Tərəfdarları Xodorkoskinin müxalifəti maliyyələşdirdiyi üçün tutulduğunu iddia edirlər.

Avropa Məhkəməsinin qərarında deyilir ki, “Yukos”un Rusiyadakı məhkəməsi zamanı təməl insan haqları pozulub,

Şirkətə və onun rəhbərlərinə məhkəməyə hazırlaşmaq üçün vaxt verilməyib

Bundan başqa Strasburqdakı məkəmə şirkətin iflasına və nəticədə ləğvinə səbəb olmuş təzminat cəzasının da ifrat dərəcə çox olması qənaətinə gəlib.

Amma Avropa Məhkəməsinin hakimləri bu qərara gəliblər ki, Rusiya hökumətinin “Yukos”da vergidən yayınma hallarını yoxlamaq barədə qərar verməsi qeyri-qanuni olmayıb.

Strasburqdakı məhkəmənin qərarından şikayət də vermək mümkündür. Tərəflərdən hansı istəsə, Avropa İnsan Haqları Məhkəməsinin Ali Palatasına müraciət edə bilər.


Rusiya hökuməti Strasburqdakı məhkəmənin qərarını öz qələbəsi kimi təqdim edir.

Vaxtilə “Yukos”un maliyyələşdirdiyi Təhsil Fonduna rəhbərlik etmiş iqtisadçı İrina Yasina isə Azadlıq Radiosunun rus xidmətinə deyib ki, qərardan təəccüblənib.

- Açığı, bu mənə təəccüblü gəldi. Mən düşünürdüm ki, bu işlə tanış olan hər bir kəs əslində nə baş verdiyi yaxşı anlayar. Amma Avropa Məhkəməsinin Rusiya qanunlarına istinad etməsi çox təəccüblüdür. Onlar Rusiyadakı vəziyyəti yaxşı anlamırlar. Onlar bilmirlər ki,

Rusiyadakı qanunların hər birini “qanun” da adlandırmaq olar

Bu ilin mayında Avropa İnsan Haqları Məhkəməsi qərar çıxarmışdı ki, həbs olunandan sonra Xodorkovskinin hüquqları pozulub, amma məhkəmə həbsin siyasi motivli olması iddiasını qəbul etməmişdi.

Rusiya məhkəməsinin qərarı ilə Xodorkovski 2016-cı ilə qədər həbsdə qalmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG