Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:51

Yəməndə küçə döyüşləri başlayıb


Yəmən müxalifətçiləri namaz vaxtı
Yəmən müxalifətçiləri namaz vaxtı
Sentyabrın 20-də Yəməndə müxalifət və hökumət tərəfdarları arasında qızışan küçə döyüşləri Səna hökuməti rəsmilərinin yaşadığı rayonlara qədər genişlənib.

Yəmən müxalifəti və onları dəstəkləyən hərbçilər paytaxt Sənada Respublika Mühafizəsinin bazasını ələ keçirib.

Məlumatlara görə, onlar bazanı döyüşsüz ələ keçiriblər. Respublika Mühafizə əməkdaşları silahları buraxıb qaçıblar.

Bundan əvvəl isə prezident Ali Abdullah Saleh bazar günü axşamından başlayaraq onun rejimi əleyhinə olan etirazçılara qarşı döyüş silah-sursatından istifadə edib.

Müxalifəti dəstəkləyən hərbçilər bildirirlər ki, Saleh və onun hərbi komandanlığı insanlıq əleyhinə cinayətlərə görə, məhkəmə qarşısına çıxarılmalıdır. Onlar Saleh tərəfdarlarını müxalifətə qoşulmağa çağırırlar.

HÖKUMƏT MÜXALİFƏTİN YIĞIŞDIĞI MEYDANA MƏRMİ YAĞDIRIB

Bu səhər hökumət təhlükəsizlik qüvvələrinin müxalifətin Sənada yığışdığı «Dəyişiklik Meydanı»na atdığı top mərmiləri nəticəsində 6 adam ölüb.

Yəməndə etirazlar davam edir
Sentyabrın 19-da damlara çıxan snayperlərin açdığı atəş nəticəsində onlarla etirazçı ölmüşdü.

Zorakılıqlar Yəmənin digər şəhərlərində genişlənib. Taiz şəhərində nümayişçilərlə hökumət qüvvələri arasında bir nəfərin öldüyü deyilir, onlarla adam yaralanıb.

Bazar günündən bəri 60-a qədər adam öldürülüb.

XƏSTƏXANALAR DOLUDUR

«Dəyişiklik Meydanı»nda yüzlərlə adam yaralanıb, hospitallara aparılıblar. Onların arasında meydanın yaxınlığındakı, həkimlərin hospitala çevirdiyi məsciddə müalicə olunanlar da var. Həkim Tareq Noman deyir ki, Sənanın xəstəxanaları yaralı etirazçılarla ağzına kimi doludur:

«Əsas problem odur ki, kifayət qədər xəstəxanamız yoxdur. Beş hospitalımız pasiyentlərlə doludur. Əməliyyat otaqlarında da yer yoxdur. İkinci problem də odur ki, tibbi ləvazimatımız tükənir, bir tərəfdən də tibbi materialları səhra hospitallarına aparmaq çətinləşir. Təəssüf ki, hökumət qüvvələri tibbi ləvazimatları sahə hospitallarına çatdırmağa mane olur».

HAKİMİYYƏT JURNALİSTLƏRİ DƏ HƏDƏFƏ ALIR

Yəmən prezidenti Əli Abdulla Saleh
Sentyabrın 19-da baş verən zorakılıqlarda televiziya operatoru Hassan al-Wadaf da yaralanıb. O, həmin gün snayper gülləsinə tuş gələn jurnalist Hatab al-Rwhaniyə kömək edərkən yaralanıb. Hatab al-Rwhani deyir ki, hökumət zorakılıq haqqında reportaj hazırlanmasının qarşısını almağa çalışır:

«Jurnalist və operatoru hədəfə almaqla rejim bu cinayətlə bağlı məlumatların yayılmasının qarşısını almağa cəhd göstərib. Onlar fikirləşirlər ki, jurnalistləri və fotoqrafları öldürməklə həqiqəti gizlədə və bununla da öz məsuliyyətlərini azalda biləcəklər».

Ali Abdullah Saleh hələ də Səudiyyə Ərəbistanındadır. İyunda müxalif qüvvələrin hücumu nəticəsində yaralanan prezident bu ölkəyə müalicəyə gedib və hələ də qayıtmayıb. Səudiyyə Ərəbistanının kralı Abdulla bu gün onunla görüşüb son hadisələri müzakirə edib.

Ali Abdullah Salehin bu ölkəyə gəlməsindən bəri ilk dəfədir ki, kral Abdulla onunla görüşür.

Bu ərəfədə Fars körfəzi ölkələrinin baş katibi və BMT əlaqələndiricisi yaranmış böhranın çözülməsi üçün Sənaya gəlib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG