Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:55

Türkiyənin Yaxın Şərq siyasəti…


İlqar Məmmədov
İlqar Məmmədov
«Respublikaçı Alternativ» Hərəkatının həmsədri İlqar Məmmədov və «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Türkiyənin xarici siyasəti haqda fikirlərini bölüşürlər.

İlqar Məmmədov:

«Əhalinin sayına baxmayaraq, hər baxımdan İsrail daha yaxşı tərəfdaş kimi görünürdü. Həm Avropa, həm Amerika, həm də Türkiyə üçün. Lakin son on illiklərin inkişafı nəticəsində belə bir vəziyyət yarandı ki, həyat səviyyəsi ərəb ölkələrində yüksəldi. Bunlar böyük bazara, iqtisadi gücə çevrildilər. Prinsip etibarı ilə hələ də zəifdirlər. Amma İsraillə müqayisədə daha çox cəlbedicidirlər. Türkiyə bunu çoxdan müşahidə edirdi. Tez-gec Türkiyənin siyasəti dəyişməli idi. Bu, obyektiv siyasətin nəticəsidir. Yəni, Türkiyənin indiki rəhbərliyinin sözdə islamçı olmasından qaynaqlanan bir şey deyil. Sırf iqtisadi əsası olan, mənəvi və tarixi məsələlərlə üst-üstə düşən bir faktdır. Təkcə Türkiyə bu durumda deyil. Amerika da eyni durumdadır, Avropa da eyni durumdadır. Bu, ərəb dünyasında geosiyasi dəyişikliklərin baş verməsinin göstəricisidir. Bu dəyişikliklər isə heç də İsrailin xeyrinə deyil. Burda xaricdən kiminsə nə isə düzənlədiyi bir şey yoxdur. Bu, obyektiv, tarixi, iqtisadi prosesdir ki, Türkiyənin Yaxın Şərq siyasəti
Elxan Şahinoğlu
dəyişdi...».

Elxan Şahinoğlu:

«Yaxın Şərqdə elə bir obyektiv şərait yaranır ki, Türkiyənin fəal olmaqdan başqa seçimi yoxdur. İndiki proseslərə baxsaq, Türkiyə bu dövlətlər üçün bir model rolunu oynaya bilər. «Ərəb baharı»ndan sonra Türkiyənin vacibliyi daha çox artıb. Türkiyə atdığı son addımlarla, İsraillə konfliktə getməklə ərəb dünyasında rəğbətini artırır. Amma çox təəssüf edirəm ki, Türkiyənin rolu artarkən Azərbaycanla münasibətlərdə biz müəyyən geriləmələr yaşayırıq. «Wikileaks» sənədlərinə diqqət yetirsək görərik ki, orada azərbaycanlı rəsmilər daha çox strateji müttəfiq Türkiyədən şikayət ediblər. Tranzit qaz, viza məsələsində problemlər var. Bütün bunlar gerçəklikdir. Türkiyənin Azərbaycandakı səfiri açıq-aydın dedi ki, Azərbaycan İsraillə münasibətlərinə yenidən baxmalıdır. Türkiyənin bu mövqeyi haqlı mövqedir. Azərbaycan hakimiyyəti isə çətin dilemma qarşısındadır…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG