Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:28

Gənclər öz imamlarını özləri seçmək istəyir


Brüsseldə neo-sələfilərin nümayəndəsi qadağaya baxmayaraq niqabda dolaşır, 28 aprel 2011

Brüsseldə neo-sələfilərin nümayəndəsi qadağaya baxmayaraq niqabda dolaşır, 28 aprel 2011

Üç qrupa bölünən Belçika müsəlmanları müxtəlif məscidlərdə ibadət edirlər


Brüsseldə yaşayan gənc müsəlmanlar öz baba-nənələri kimi mövcud məscidlərə getmək istəmirlər. Onlar gedəcəkləri məscidlərdə imam və axundları özləri seçmək istəyirlər.

Sosioloq Leyla əl-Bəşiri “Le Soir” nəşrinə müsahibəsində deyib ki, indi Belçikada yaşayan müsəlman gənclər İslam qanun-qaydalarına müxtəlif dərəcədə maraq göstərirlər. Onlar əsasən 3 qrupa bölünürlər:

“Onların bir qismi – neo-sələfilər çox qapalıdırlar. Kişiləri uzun saqqal saxlayır, qadınlar tamamən örtürlər. Onlar yalnız bir məscidə gedirlər. Bu adamlar əsasən kasıb olur və öz dinlərinə ciddi riayət etməyi şərəf məsələsi kimi qəbul edirlər. Neo-sələfilər sanki cəmiyyətdən kənarda qalmağa çalışırlar”.

Tədqiqatçı bildirib ki, Belçika müsəlmanları arasında geniş qismi də “Müsəlman qardaşlar” hərəkatının tərəfdarıdır. Onların fəaliyyətinin əsas məğzi ictimai fəaliyyət, intellektual inkişaf etməkdən ibarətdir. Bu icma üzvləri hətta qadının başının örtməsini də vacib saymırlar. Odur ki, bu qrupa aid müsəlmanlar müasir məscidlərdə ibadətə gedirlər.

Və nəhayət, feminist müsəlmanlar - əsasən hicab uğrunda mübarizə aparılır. "İstəyirəm, başımı örtürəm” devizi ilə yaşayan bu xanımlar üçün hicab – azadlıq rəmzidir.

Brüssel – Avropada müsəlmanların ən çox müsəlman yaşadığı şəhəri sayılır. Burada əhalinin 17 faizi müsəlmandır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG