Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:16

Rus məktəblərinə hicab olar, digərlərinə yox?


Qırğızıstan Təhsil və Elm Nazirliynin binası qarşısında aksiya

Qırğızıstan Təhsil və Elm Nazirliynin binası qarşısında aksiya

Bişkekdə məktəblərdə baş örtüyü qadağasına qarşı mitinq keçirilib


Dünən Qırğızıstan Respublikasının Təhsil və Elm Nazirliyinin binası qarşısında müsəlman icmalarının mitinqi keçirilib. Aksiya iştirakçıları orta məktəblərdə hicabın qadağan edilməsinə etirazlarını bildiriblər. Onlar nazirin hicaba icazə verilməsi haqda fərman imzalamasını istəyiblər.

“Kabar” İnforamsiya Agentliyinin məlumatına görə, təhsil və elm naziri Kanat Sadıkov mitinq iştirakçıları ilə görüşüb. O, bəyan edib ki, nazirliyin hicaba icazə haqqında fərman verməsinə ixtiyari çatmır.

Bu dərs ili başlayandan sonra ölkə üzrə bir sıra məktəblərdə ümumi məktəb formasını əsas gətirərək hicablı qızları məktəbə buraxmayıblar. Amma bu qadağa məktəblərin hamısında tətbiq olunmayıb.

Valideynlər bildiriblər ki, rusdilli məktəblərdə hicabla bağlı problem yaşanmayıb, qadağa əsasən qırğızdilli məktəblərdən gəlib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG