Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:23

Avropa Məhkəməsinin qərarına görə, Rusiya YUKOS-un mülkiyyətini müdafiə etmək hüququnu pozub


Avropa İnsan Haqları Məhkəməsi bu gün Rusiyanın fəaliyyəti dayandırılmış neft kompaniyası YUKOS-un iddiasına baxıb. Məhkəmə qərara gəlib ki, Rusiya hakimiyyətinin kompaniyaya qarşı apardığı prosessual hərəkətlərdə qanun pozuntuları olub. Qərarda deyilir ki, kompaniyanın vəkillərinə firmanın maraqlarını müdafiə etməyə kifayət qədər vaxt verilməyib.

Amma qərarda təzminatla bağlı heç nə deyilmir.

Firma Rusiya hökumətinin onu 98 milyard dollar ziyana saldığını iddia etmiş və təzminat kimi bu məbləğin ödənilməsini istəmişdi.

YUKOS iddia ərizəsində göstərmişdi ki, Rusiyanın keçmiş prezidenti Vladimir Putin kompaniyanı ədalətsiz və haqsız olaraq vergi təqibinə məruz qoyub.

Firmanın keçmiş rəhbəri Mixail Xodorkovski hazırda Rusiyada həbsxanadadır, O, vergi fırıldağında günahlandırılır.

Xodorkovskinin tərəfdarları deyirlər ki, o, Putinə qarşı etdiyi siyasi etirazlara görə həbsə məhkum edilib.

Amnesty International onu siyasi məhbus kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG