Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:15
İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunmuş Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvi QuliyevƏhəd Məmmədlinin sentyabrın 20-ə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

Hakim Şahin Abdullayev bildirib ki, Rüfət Hacıbəyliyə dövlət hesabına vəkil tutulub. Onun hüquqlarını 14 saylı hüquq məsləhətxanasının əməkdaşı Telman Qasımov müdafiə edəcək. Vəkilə cinayət işinin materialları ilə tanış olmaq üçün 3 gün vaxt verilib. İttiham olunan Rüfət Hacıbəyli dövlət tərəfindən ayrılmış vəkildən imtina etməsə də, öz vəkili Elçin Namazovun da onu müdafiə etməsini istəyib. Amma hakim Şahin Abdullayev bildirib ki, Elçin Namazovun vəkillik fəaliyyətinə xitam verildiyi üçün o, prosesdə iştirak edə bilməz.

Prosesdə təqsirləndirilən Ülvi Quliyevin vəkili Osman Kazımov da iştirak etmədiyindən hakim məhkəmə iclasını 23 sentyabr saat 12:00-dək təxirə salıb.

Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Əhəd Məmmədli ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimətdə ittiham olunurlar. İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG