Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:58

Gəncədə 3 məmur öz ərizəsi ilə işdən çıxıb


Gəncənin baş memarı Allahverdi Əliyev ərizə yazaraq işdən çıxarılmasını istəyib. Hazırda onu icra başçısının müavini Əli Rüstəmli əvəz edir.

Allahverdi Əliyev bu ilin aprelində Gəncənin yeni icra başçısı Elmar Vəliyev tərəfindən təyin edilmişdi.

Gəncə şəhər Poçtamtının rəhbəri Hüseyn Vəliyev də öz xahişi ilə vəzifədən azad edilib. Bu barədə idarədən məlumat veriblər. 5 ilə yaxın Gəncə Poçtamtında rəis vəzifəsində çalışan Hüseyn Vəliyevin yerinə Nizami Mustafayev təyin edilib. Nizami Mustafayev bundan əvvəl Gəncə Dövlət Universitetində çalışıb.

Gəncə şəhər Məşğulluq Mərkəzinin rəisi Ruflan Qurbanov da ərizə verib, işdən çıxmasını istəyib. Hələlik onun yerinə heç kim təyin edilməyib. Ruflan Qurbanov 2006-cı ildən bu vəzifəni tuturdu.
XS
SM
MD
LG