Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:34

Xodorkovskinin firması Rusiyadan 98 milyard dollarlıq təzminat istəyir


Bu gün Avropa Məhkəməsinin Rusiyanın fəaliyyəti dayanmış neft firması YUKOS-un iddiasına baxacaq.

Firma Rusiya hökumətinin onu 98 milyard dollar ziyana saldığını iddia edir və təzminat kimi bu məbləğin ödənilməsini istəyir.

YUKOS iddia ərizəsində göstərib ki, Rusiyanın keçmiş prezidenti Vladimir Putin kompaiya ədalətsiz və haqsız olaraq vergi təqibinə məruz qoyub.

Firmanın keçmiş rəhbəri Mixail Xodorkovski hazırda Rusiyada həbsxanadadır, O, vergi fırıldağında günahlandırılır.

Xodorkovskinin tərəfdarları deyirlər ki, o, Putinə qarşı etdiyi siyasi etirazlara görə həbsə məhkum edilib.

Amnesty International onu siyasi məhbus kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG