Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:50

ABŞ Rusiyanı inandırmağa çalışır ki, Suriyaya qarşı embarqoları dəstəkləmək vacibdir


ABŞ rəsmiləri bildiriblər ki, Suriyaya təzyiqləri artırmaq üçün Rusiya ilə danışıqları davam etdirirlər.

Məlumatlara görə, ABŞ dövlət katibi Hillary Clinton və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında sentyabrın 19-da Nyu-yorkda danışıqlar aparılıb.
Rəsmilər bildirirlər ki, Clinton Rusiyanı Suriyaya qarşı artan təzyiqləri dəstəkləməyə çağırıb.

Hər iki ölkənin BMT-nin Təhlükəsizlik Şurasında veto hüququ var və Rusiya Suriyaya qarşı tətbiq edilən iqtisadi embarqoları dəstəkləmir.

Danışıqlarda Lavrov Moskvanın baxışlarını çatdırıb ki, Rusiya Suriya və müxalifət arasında dialoqun başlanmasını ən yaxşı yol sayır.

ABŞ hökuməti bəyan edib ki, Suriya prezidenti Bashar Assad istefaya getməlidir.
BMT-nin İnsan Hüquqları Komitəsinin qiymətləndirməsinə görə, Assad rejiminə qarşı başlayan dinc etirazlarda 2700 adam öldürülüb, onların arasında təxminən 100-ü uşaqdır.
XS
SM
MD
LG