Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:41

Neft istehsalı və ixracı azalır...


Azərbaycanda 2006-2011-ci illərdə neft istehsalı

Azərbaycanda 2006-2011-ci illərdə neft istehsalı

İqtisadi və Sosial İnkişaf Mərkəzi

Bu ilin birinci 8 ayında Azərbaycanda neft istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 7,6 faiz azalıb. Bu, Statistika Komitəsinin məlumatıdır.

ARDNŞ mənbələr isə deyirlər ki, yanvar-avqust aylarında neft ixracı 27 faiz azalıb.

Bu azalmalar nə deməkdir?

Azərbaycanda neft istehsalı bu ilin iyunundan azalır.

İqtisadi və Sosial İnkişaf Mərkəzi ekspertlərinin fikrincə, Azərbaycanda neft istehsalının piki 2012-ci ilə gözlənilir. 2013-cü ildən başlayaraq neft istehsalı kəskin azalmağa başlayacaq.

2010-cu ildə 51 milyon ton neft istehsal olunmuşdusa, 2011-ci ildə 47 milyon, yaxın 2 ildə isə hər il 48-50 milyon ton neft istehsal olunmalıdır.

2014-cü ildə istehsal 40 milyon tona düşməlidir.
Əvəzində düzdür, qaz istehsalı artmalıdır.
Bununla belə, bu, Ümumi Daxili Məhsulun azalmasının qabağını ala bilməyəcək.
ÜDM 2014-cü ildə 5 faiz düşə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG