Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:12

Hindistanda zəlzələ nəticəsində ölənlərin sayı artıb


Himalay regionunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 50-yə çatıb.

Sentyabrın 18-də Hindistanın Nepal və Çinin Tibet regionu ilə sərhədində baş verən zəlzələ nəticəsində evlər, binalar zədələnib, adamlar küçələrə axışıb.

Zəlzələ 6,9 bal gücündə olub.

Ölənlər arasında həm Hindistan, həm Tibet, həm də Nepal sakinləri var.

Günün bütün mövzuları

XS
SM
MD
LG