Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:21

BVF-nun keçmiş rəhbəri otel xidmətçisi ilə sevgi əlaqəsini etiraf etdi


Beynəlxalq Valyuta Fondunun keçmiş rəhbəri Dominique Strauss-Kahn hotel xidmətçisi ilə məhəbbət əlaqəsini etiraf edib. Amma o, qadını zorlamaqla bağlı ittihamları rədd edib.
Dominique Strauss-Kahn bir neçə ay əvvəl ABŞ-da NYU-yorkdakı otellərin birində üzləşdiiyi seksual zorakılıqla bağlı qalmaqaldan sonra ilk dəfə müsahibə verib. 62 yaşlı Strauss-Kahn hərəkətindən hər zaman peşimançılıq keçirdiyini bildirib:

"Nə baş verib? Baş verən hadisədə zorakılıq, təcavüz, qanunsuzluq yoxdur. Bunu iittihamçı deyir, mən yox. Baş verənlər təkcə uyğunsuz əlaqə yox, daha çox səhv idi"

Xidmətçi qadın Nafissatou Diallo ona vurulan ziyan üçün təzminat tələb edib.
Strauss-Kahn Fransalı yazıçı Tristane Banonun da seksual zorakılıqla bağlı iddialarını rədd edib. Polis bu iddia ilə bağlı da tədqiqat aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG