Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:42

2 aprel aksiyaçılarından 4-ünün məhkəməsi təxirə salındı


İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunmuş Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvi QuliyevƏhəd Məmmədlinin sentyabrın 19-a təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

Səbəb ittiham olunan Rüfət Hacıbəylinin vəkilinin olmamasıdır. Hakim Şahin Abdullayev bildirib ki, o, bundan öncə Rüfət Hacıbəylinin yeni vəkillə təmin olunması üçün vaxt ayırıb. Rüfət Hacıbəyli isə bundan sonra da vəkil Elçin Namazovun onu müdafiə etməsini istəyib.

Amma hakim deyib ki, Elçin Namazovun vəkillik fəaliyyətinə xitam verildiyi üçün o, prosesdə iştirak edə bilməz.

Şahin Abdullayev dövlət tərəfindən Rüfət Hacıbəyliyə vəkil tutulması üçün prosesi sentyabrın 20-si saat 11:30-dək təxirə salıb.

Rüfət Hacıbəyli isə yeni vəkil təyin olunarsa, ondan imtina edəcəyini bildirib.

Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Əhəd Məmmədli ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimətdə ittiham olunurlar. İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG