Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:15

Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza baş verib


Sentyabrın 18-də Bakı-Qazax yolunda 2 nəfərin ölümüylə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, Bakı sakini, 1986-cı il təvəllüdlü Əhmədov Elşənin idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobil Kürdəmirin Sığırlı kəndi ərazisində yoldan çıxaraq aşıb.

Nəticədə Elşən Əhmədov və sərnişinlərdən biri Məsimov Fazil hadisə yerindəcə ölüb.

Digər sərnişinlər Məsimova Ceyran, onun nəvəsi Məsimova Aysun və Tovuz rayon sakini Əhmədov İlqar isə yaralanıblar.

Faktla bağlı cinayət işi açılıb,araşdırma gedir.
XS
SM
MD
LG