Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:47
Sentyabrın 18-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Məhkəmə-Hüquq Şurası ilə birlikdə Bakı İdman Sarayında vakant hakim vəzifələrinə namizədlərin seçilməsi üçün test imtahanı keçirib.

İmtahan prosesinin bütün mərhələləri - suallarının seçilməsi, test kitabçalarının çoxaldılması, cavabların yoxlanılması imtahan keçirilən zalda, namizədlərin gözü qarşısında həyata keçirilib.

Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış 1000-dən çox test sualları bankından təsadüfi yolla-lototron vasitəsilə 10 variantda sual topluları seçilib.

Hakim kadrlarına olan ehtiyacla bağlı hakim vəzifəsinə namizədlərin sənədlərinin qəbuluna ötən il yenidən başlanılıbvə 414 şəxs öz namizədliyini irəli sürüb.

Dörd saat davam edən imtahanda namizədlərə 100 sual təqdim olunub. Hər sual bir balla qiymətləndirilir, suallara verilən səhv cavablar düzgün cavablara təsir etmir.

Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev jurnalistlərə bildirib ki, hakimliyə namizədlərin seçilməsi 2005-ci ildən ölkəmizdə tam yeni qaydalarla, şəffaf prosedurlar əsasında keçirilir:

“Bu vaxta kimi 3 seçim edilmişdir. Bu seçimlər nəticəsində təyin olunmuş 235 nəfər hakim ölkəmizdə müxtəlif məhkəmələrdə çalışırlar. Vakant hakim vəzifəsinə zərurət yarandığından biz belə bir seçimə yenidən başlamağa qərar verdik və bu gün hakimliyə namizədlərin seçilməsi prosesində ilk mərhələ olan test imtahanı keçirilir”.

İman Nağıyev qeyd edib ki, hazırda 80-ə yaxın vakant yer var.

İmtahan başa çatan kimi cavablar imtahan zalındaca optik oxuyucu qurğu vasitəsilə kompüterin yaddaşına daxil edilib, onların əsasında ballar hesablanaraq nəticələr elan olunub.

İmtahan nəticəsində 60 və daha çox bal toplamış namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG