Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:12

Mehriban Əliyeva: «Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır»


Mehriban Əliyeva
Mehriban Əliyeva
«Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və hazırda tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə töhfə verir».

Bu fikri Mehriban Əliyeva Parisdə iştirak etdiyi Beynəlxalq konfransda səsləndirib.

Mehriban Əliyevanın sözlərinə görə, Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikilməsi idi:

«O, tarixdə ilk dəfə olaraq Xəzər və Aralıq dənizlərini birləşdirdi. Biz, həmçinin Xəzərin şərq sahilindən Avropa və beynəlxalq bazarlara neft təchizatçıları üçün çıxışın təmin edilməsində tranzit ölkə kimi öz rolumuzu oynayırıq. Biz təchizatda olduğu kimi, tranzitdə də etibarlı ölkəyik».

Mehriban Əliyeva deyib ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır:

«Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir».
XS
SM
MD
LG