Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:24

ABŞ-da varlılara qarşı vergi qaldırıla bilər


ABŞ prezidenti Barack Obama illik gəliri 1 milyon dolardan artıq olan vətəndaşlara verginin artırılmasını təklif etmək fikrindədir.

Ağ evin adının çəkilməsini istəməyən nümayəndəsi bunun büdcə kəsirinin ixtisarı sahəsində atəlacaq addımlardan biri olduğunu deyir.

Barack Obama hesab edir ki, varlı vətəndaşlar üçün vergi orta sinif üçün nəzərdə tutulmuş vergidən aşağı olmamalıdır.

Hazırda Birləşmiş Ştatların vergi sistemində varlı adamlar üçün bir sıra imtiyazlar mövcuddur.

Prezidentin təklifinə qarşı çıxan Respublikaçılar hesab edir ki, büdcə kəsirini vergiləri qaldırmaq yox, dövlət xərclərini ixtisar etməklə azaltmaq lazımdır.
XS
SM
MD
LG