Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:01

Latviyada keçirilən parlament seçkisində "Razılıq mərkəzi" qalib gəlib


Şənbə günü Latviyada keçirilən vaxtındanəvvəl parlament seçkisində rusdilli əhalinin maraqlarını təmsil edən “Razılıq mərkəzi” birliyi qalib gəlib.

Bu barədə Mərkəzi Seçki Komissiyası məlumat verib.

İlkin nəticələrə görə, “Razılıq mərkəzi” 29,2, keçmiş prezident Valdis Zatlersin rəhbərlik etdiyi “İslahat partiyası” 20,5, baş nazir Valdiz Dombrovskisin “Birlik” bloku isə 18 faiz səs toplayıb.

Bu nəticələr bülletenlerin 95 faizini əhatə edir.

Parlamentə daha 2 partiya da keçməlidir.

“Razılıq mərkəzi” partiyasının koalision hökumət qura biləcəyi hələlik bəlli deyil.

Partiyanın liderlərindən biri Andrey Klementev bildirib ki, nəticələr göstərir ki, partiya kənarda qala bilməz və kabinetdə yeri olmalıdır.

2 milyon 200 minlik Latviya əhalisinin 1/3-ni etnik ruslar təşkil edir.

Rəsmi məlumata görə seçkidə 56 % seçici iştirak edib.
XS
SM
MD
LG