Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Yeni milli dərs planı: gücləndirilmiş ingilis dili tədrisi


Gürcü məktəblilər
Gürcü məktəblilər
Elm və Təhsil Naziri Dmitri Şaşkin bu ilin prioritet məsələsini parlamentin təhsil, elm və mədəniyyət komitələrinin, Qafqaz diasporasının birgə müşavirəsində açıqladı.

Aydın oldu ki, bu ilin prioritet məsələsi sosial təminatı olmayan şagirdlərin yeni dərs vəsaitləri ilə təmin olunmasına, dərs vəsaitlərinin qiymətlərin endirilməsinə, 1-ci sinif şagirdlərinin netbuklarla təmin olunmasına yönəlib. Yeni Milli dərs planına əsasən yeni dərs ilində əsas yer gücləndirilmiş ingilis dili tədrisinə verilir. İngilis dilin tədrisi artıq 1-ci sinifdən başlanacaq. Bu tədris planı eyni zamanda tədrisin 30%- inin gürcü dilində olması planlaşdırılan milli azlıqların və qeyri –gürcülərin təhsil aldığı məktəblərdə bir neçə dildə tədrisə xidmət edəcək.

Keçən ilin mart ayında Elm və Təhsil Nazirliyi Milli Dərs planına əsasən dərs vəsaitlərinə qiymətlərin endirilməsi məqsədi ilə nəşriyyat evləri üçün konkurs elan etmişdi. Konkursda qalib olan Nəşriyyat evi Nazirlik tərəfindən mükafatlandırıldı. Məhz bu mükafatı qazanmış nəşrlərin arasından müəllimlər həmin il tədris olunacaq dərslikləri seçirdilər.

Təhsil məsələləri üzə ekspert, İli universitetinin professoru Simon Canaşia hesab edir ki, Elm və Təhsil Nazirliyi satışda olan kitabların seçim sayını azaldır ki, bu da yeniliklər və innovasiyaların dərsliklər vasitəsilə şagirdlərə çatdırılmasının qarşısını almış olacaq. Simon Canaşıa eyni zamanda qeyd edir ki, bu üsulla Nazirlik müəllimlərə seçim imkanı vermir və kitabların sayını azaldır:

İli universitetinin professoru Simon Canaşia
«Məsələdə konseptual problem odur ki, verən və alan tərəf var, bu halda verən tərəf Nəşriyyat, alan tərəf isə Müəllim və Şagirddir. Hökumət bu münasibətlərə onu tənzimləmək, hansı dərs vəsaitinin daha yararlı olduğunu müəyyən etmək üçün qarışır».

60 MİN ŞAGİRDƏ NETBUK HƏDİYYƏ EDİLİB

Elm və Təhsil Naziri Dmitri Şaşkin, 25 avqustda keçirilən təqdimatda bildirib:

«İlin başlanğıcında biz xalqa söz verdik ki, 1-ci sinifdən 6-cı sinfə qədər olan dərslikləri dəyişdikdə qiymətlər 10 laridən (təxminən 4 manat- red) yüksək olmayacaq və biz verdiyimiz sözü tutduq. Bu eyni zamanda dəftərlərə də aid olunmuşdu, və bütün nəşriyyat evləri bunu təsdiqlədilər».

Bu il yenilik ondan ibarətdir ki, 60 min 1-ci sinif şagirdinə Gürcüstan istehsalı olan öyrədici proqramlar və əyləncəli oyunlardan ibarət olan netbuklar hədiyyə olunub.

Bu il Nazirlik qeyri-gürcü məktəblərində dövlət dilinin daha yaxşı mənimsənilməsi və tədrisin gürcü dilində aparıldığı yuxarı siniflərdə çoxdilli sistemin tətbiqinə başlayıb. Elm və Təhsil Naziri Dmitri Şaşkinin sözlərinə görə:

«Dövlət dilini bilmək hər bir gürcü vətəndaşı üçün vacibdir. Yeni Dərs planına əsasən rus, erməni və azərbaycan dilində tədris olunan bütün tədris ocaqları və sektorlarda tədrisini 30% i gürcü dilində olacaq. Bu məcburidir və müəllimlər hal hazırda çoxdilli tədris üçün hazırlanmaqdadır».

Elm və təhsil nazirinin bəyanatına görə, çoxdilli təhsil üçün nəzərdə tutulan dərslik şagirdlərə pulsuz veriləcək. Bu təşəbbüsü etnik azlıqların təmsilçiləri də dəstəkləyir, hərçənd belə dərs metodu nə dərəcədə əlverişlidir, bu haqda sonra rəy bildirmək olar. Hələliksə, deyilir ki, bu eksperimental dərs üsulu müəllimlərin və məktəblərin lazımınca hazır olmaması səbəbindən arzuolunan nəticəni verməyib.

TƏHSİL SAHƏSİNDƏ ƏSAS PROBLEMLƏRDƏN BİRİ DƏ MƏKTƏBLƏRİN OPTİMALLAŞDIRILMASI İLƏ BAĞLIDIR

Elm və təhsil nazirliyində bu mövzuda şərh verməkdən çəkinirlər, amma şəxsi söhbətlərdə deyirlər ki, bu sual Məktəb Qəyyumlar Şurası tərəfindən həll edilməlidir.

Məktəblərin optimallaşdırılmasında birinci mərhələ kiçik kontingentli məktəblərin birləşdirilməsini nəzərdə tutur, ikinci mərhələdə isə məktəb binalarının özəlləşdirilməsini.

Bir neçə dövlət tərəfindən maliyyələşdirilən məktəb artıq özəl məktəblərin balansına verilib. Məktəblərin optimallaşdırımasında məqsəd dövlətin xərclərinin azaltmaq və sistemin effektivliyinin artırmaqla bağlıdır. Amma bu prosesdə bəzi mənfi məqamlar da ortaya çıxıb.

Elm və Təhsil Naziri Dmitri Şaşkin
QEYRİ- RƏSMİ MƏLUMATA GÖRƏ, SON İLLLƏR 1200 MƏKTƏB BAĞLANIB

Məktəblərin yenidən təşkili onların birləşdirilməsi əsasında baş verir. Öz növbəsində, məktəblərin mexaniki olaraq birləşdirilməsi yeni problemlərə yol açır.

Məsələn Kutaisi şəhər 12 saylı məktəbdə 800 şagird üçün hesablanıb, 18 saylı məktəbi buraya birləşdirmək mümkündür, amma məktəbin binası 60-cı illərdən bəri yenilənmir və kifayət qədər inventar yoxdur:

«Bizim təxminən 200 partamız var, 200-ə yaxın da onlarda var. Bu, hamıya çatmır, inventar çatışmır. Parta və stulları, bütün mebellər, şkaflar çox köhnəliblər. Həm onlarınkılar, həm də bizimkilər».

Bunları Kutaisi 12 saylı məktəbin direktorunu əvəz edən Tamila Qabuniya deyir. O əlavə edir ki, müəllimlərin də ixtisara düşməsi qaçılmaz məsələdir.

Müəllimlərin ixtisarı da məktəblərin optimallaşdırılması prosesində ən ağrılı problemlərdən biridir. Müəllimlərin həmkarlar təşkilatının qeyri-rəsmi məlumatına görə, son illər işdən çıxarılan pedaqoqların sayı 1000 nəfərə çatıb.

Qeyd etmək lazımdır ki, 7 il əvvəl məktəblərin optimallaşdırılmasının səbəbi 2004-cü ildə infrastrukturun real şərtlərə cavab verməməsi idi. Şagirdlərin sayı yüksək həddə çatmışdı.

Təhsil sahəsinin ekspertləri bu fikirdədirlər ki, hansl məktəbləri optimallaşdırma proyektinə daxil edib-etməmək barədə obyektiv meyarlar müəyyənləşdirməli və ciddi götür-qoy edilməlidir. Bütün hallarda, bu məsələ məktəblərin lobbiçiləri tərəfindən həll edilir.
XS
SM
MD
LG