Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:09

Xorvatiyaya Avropa Birliyinə qoşulmaqla bağlı sənəd tıqdim edilib


Polşanın baş naziri Donald Tusk şənbə günü Xorvatiyaya bu ölkənin Avropa Birliyinə qoşulmasıyla bağlı müqavilə layihəsini təqdim edib.

O bu gün Zaqrebdə çıxış edərkən qeyd edib ki, çoxlarının Avropa Birliyinin gələcəyinə şübhəylə yanaşdığı bir vaxtda Xorvatiyanın bu birliyə qoşulması, Avropa cəmiyyətində nikbinlik və etibarın artmasına səbəb olacaq.

2013-cü ildə Xorvatiyanın Avropa Birliyinə qoşulacağı gözlənilir.

Hazırda Avropa Birliyinə Polşa sədrlik edir.
XS
SM
MD
LG