Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:18

Qaddafinin nümayəndəsi Sirt şəhərinin bombalandığını deyir


Muammar Qaddafinin nümayəndəsi Mussa İbrahim Sirt şəhərinin bombalanması nəticəsində 350-dən çox adamın öldüyünü deyir.

Onun sözlərinə görə, şənbə gününə keçən gecə şəhərə 30-dan çox raket atılıb.

O 90-a yaxın adamın itkin düşdüyünü, təxminən 700 adamınsa yaralandığını deyir.
NATO komandanlığı hələlik məlumata münasibət bildirməyib.

Hazırda Qaddafi qüvvələrinin əlində olan Sirt və Bani -Valid şəhərləri uğrunda ağır döyüşlər gedir.
XS
SM
MD
LG