Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:32

Türkiyə polisi 90-dan çox adamı saxlayıb


Türkiyənin cənub-şərqində keçirilmiş əməliyyat zamanı kürd yaraqlılarıyla əlbir olmaqda şübhəli bilinən 90-dan çox adam saxlanıb.

Onların arasında kürdpərəst Sülh və Demokratiya partiyasının fəalları və Şirnak əyaləti hakimiyyət orqanlarının nümayəndələri də var.

Məlumatlara görə, Cizre şəhərində polislə reydə mane olmaq istəyən nümayişçilər arasında toqquşma olub.

Sülh və Demokratiya partiyasının xeyli üzvü hazırda Türkiyədə həbsdədir.

Onlar terrorçu təşkilat hesab olunan PKK ilə əlbir olmaqda itiham olunurlar.
XS
SM
MD
LG