Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:40

Müstəqillik uğrunda vuruşan keçmiş komandir Şimali İrlandiyanın prezidenti ola bilər


Şimali İrlandiyanın baş nazir müavini Martin Makqinnes (Martin McGuinness) oktyabrın 27-də ölkədə keçiriləcək prezident seçkisində mübarizə aparacaq.

Bunu onun üzv olduğu Şin Feyn partiyası cümə günü bəyan edib.

Makqinnes İrlandiyanın demokratik və sülh yoluyla birləşməsinin qarşısında duran əsas vəzifə olduğunu deyir.

1970-ci illərin əvvəllərində İrlandiyanın müstəqilliyi uğrunda mübarizə aparan İrlandiya Respublikaçı Ordusunun komandirlərindən olan Makqinnes, 1998-ci ildə imzalanmış sülh sazişindən sonra Şimali İrlandiya hökumətinə daxil olub.

Leyborist Michael D Higginslə Fine partiyasının namizədi Gael's Gay Mitchell seçkidə onun əsas rəqibləri hesab olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG