Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54
Azərbaycanda rəsmi səfərdə olan Monteneqro prezidenti Filip Vuyanoviç (Filip Vujanović) sentyabrın 17-də «Azər-İlmə» Məhdud Məsuliyyətli Cəmiyyətinin «Sehrli ilmələr» qalereyasında olub.

Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.

Prezident F.Vuyanoviç toxuma prosesini maraqla izləmiş, qalereyanın açıq səma altında nümayiş olunan eksponatlarına baxıb.

Monteneqro prezidentinə Azərbaycan xalçaları haqqında nəfis nəşrlər təqdim olunub.

F.Vuyanoviç Müasir İncəsənət Muzeyi ilə də tanış olub.

Prezident Qərbi Avropa incəsənəti salonunda nümayiş etdirilən Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərlərinə böyük maraqla baxıb.

Prezident muzeyin kitabxanası ilə də tanış olub. Bildirilib ki, burada incəsənət sahəsinə aid 800-dək kitab toplanıb. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG