Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:27

Suriya ona qarşı böhtan kampaniyası aparıldığını deyir


Suriyaya qarşı kütləvi ayrı-seçkilik və böhtan kampaniyası aparılır.

Bunu Suriyanın BMT-ki nümayəndəsi İmad Mustafa CNN-ə müsahibəsində deyib.

O bildirib ki, Suriya hakimiyyəti öz vətəndaşlarını öldürmür və insanların ölümünə görə ordu cavabdehlik daşımır.

Onun sözlərinə görə zorakılıq aksiyaları və qətlləri öz məqsədlərinə çatmaq istəyən radikal islamçılar təşkil edir, islamçı qruplar ölkədə vətəndaş müharibəsi salmaq istəyir.

O hazırda ölkədəki vəziyyəti işğaldan sonra İraqdakı vəziyyətlə eyniləşdirir.

Suriya hakimiyyəti xarici jurnalistləri ölkəyə buraxmır.

Martın ortalarından bu yana ölkədə prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 2500-dən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG