Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:50

Polşada avro zonasındakı maliyyə böhranı müzakirə edilir


Avropa Birliyi ölkələrinin maliyyə nazirləri Polşanın Vrotslav şəhərində tranzaksiyalara görə vergi məsələsini müzakirə edirlər.

Təklifin tərəfdarları hesab edirlər ki, bu büdcəyə vəsait axınını artıracaq.

Fransa ilə Almaniya bu ideanın lehinə, Böyük Britaniya isə əleyhinədir.

Həmçinin ABŞ yeni vergiyə qarşı çıxır.

Birləşmiş Ştatlar hesab edir ki, bu tədbiri bütün Avropa Birliyi ölkələri qəbul etməyincə o yetərli olmayacaq.

Birləşmiş Ştatların maliyyə naziri Timoti Qaytner (Timothy Geithner) Avropa rəsmilərini borc böhranından çıxmaq üçün xilas fonduna daha çox vəsait qoymağa və bir mövqedən çıxış etməyə çağırıb.

Amma bu təklif soyuq qarşılanıb.

Avro zonasına daxil olan ölkələr dünən Yunanıstana 8 milyard avro növbəti kredit ayrılmasını oktyabradək təxirə salıblar.

Məqsəd Yunanıstan hökumətinin büdcə kəsirinin ixtisarıyla bağlı üzərinə götürdüyü öhtəliyi yerinə yetirib-yetirməməsini öyrənməkdir.
XS
SM
MD
LG