Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:55

Azərbaycan silahlı pilotsuz uçuş aparatları istehsal edəcək


Foto: Arxiv
Foto: Arxiv
Yaxın bir neçə il ərzində Azərbaycan Silahlı Qüvvələrinin inventarına silahlı taktik pilotsuz uçuş aparatları daxil ediləcək.

Bu barədə «APA»ya hərbi mənbələrdən məlumat verilib.

Döyüş əməliyyatları ərazilərində düşmən obyektlərini məhv edəcək bu aparatların yerli müəssisələrdə istehsal edilməsi planlaşdırılır.

Bu ilin sonuna qədər isə Müdafiə Sənayesi Nazirliyi 60 ədəd (16 komplekt) «Orbiter» tipli kiçik və «Aerostar» tipli taktik pilotsuz uçuş aparatları istehsal edib Silahlı Qüvvələrə təhvil verəcək.
XS
SM
MD
LG